"Qarabağ" klubunun zədəli qapıçısı Andrey Lunyovun durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, ötən gün Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Bayer"lə görüşdə (0:1) zədələnən rusiyalı qolkiper təxminən 14 gün yaşıl meydanlardan kənarda qalacaq. Bu haqda Ağdam təmsilçisinin həkimi Gena Kislari bildirib.
O, qapıçının Rusiya millisinin qarşıdakı təlim-məşq toplanışına da qatıla bilməyəcəyini qeyd edib.