Bosniya və Herseqovina millisinin yarımmüdafiəçisi Miralem Pyaniç zədələnib.

Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Robert Prosineçki məlumat verib. O bildirib ki, zədənin ciddi olub-olmadığı tibbi müayinədən sonra dəqiqləşəcək.

 Qeyd edək ki, “Roma”da çıxış dən 28 yaşlı futbolçu UEFA Millətlər Liqasının Şimali İrlandiya ilə səfər matçının (2:1) 83-cü dəqiqəsində zədələnərək, meydanı tərk edib.(qol.az)