“Farer adalarına 1:3 hesablı məğlubiyyətə görə məyusam”.
Offsideplus.az xəbər verir ki, bu sözləri millinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının ilk turunda səfərdə Farer adaları yığmasına 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. Məğlubiyyəti şərh edən mütəxəssis Azərbaycanla oyuna köklənməli olduqlarını söyləyib:
“Artıq bu oyunu analiz edib, mənfi və müsbət tərəflərimizi görməli və növbəti həftə Azərbaycanla keçirəcəyimiz matça köklənməliyik. Bu, bizim ilk ev oyunumuz olacaq. Əminəm ki, futbolçularımızın motivasiyası çox yaxşı olacaq. Bu görüşdə uğurlu nəticə əldə etməklə məğlubiyyəti unutdura bilərik”.
Qeyd edək ki, Malta – Azərbaycan oyunu sentyabrın 10-da keçiriləcək. Görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq. Komandamız ilk turda Bakıda Kosovo ilə qolsuz bərabərə qalıb.(qol.az)