"Qəbələ" klubu Misli Premyer Liqasının 11-ci turunda səfərdə "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
"Bilirdik ki, çətin oyun bizi gözləyir. "Sumqayıt" bu mövsün yaxşı oyunu ilə seçilən komandalardandır. Matç göstərdi ki, hər iki komanda bir-birinə layiq idi. "Sumqayıt" da uda bilərdi, biz də. Düşünürəm ki, oyunun ədalətli nəticə heç-heçə idi. Komandam meydanda istədiyim bəzi elementləri verməyə çalışır. Ola bilər ki, nəticəyə çatmırıq, amma oyun planında daha da inkişaf edə bilərik".