"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov Bakı təmsilçisinin əsas komandasının hazırkı çıxışı haqda danışıb.
Offsideplus.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında baş məşqçi Adrian Mutu və futbolçulara inandıqları söyləyib. Liderdən cəmi 5 xal geridə olduqlarını bildirən F.Mahmudov əsas mübarizənin hələ irəlidə olduğunu qeyd edib. O, azarkeşlərin "Neftçi"ni daim zirvədə görmək istədiklərini söyləyib. Klub rəhbəri fanatları səbrli olmağa çağırıb: "Nəticələr zamanla gələcək. İnanıram ki, layiq olduğumuz yeri tutacağıq".
F.Mahmudov baş məşqçiləri Andrian Mutuya dəstək olduqlarını bildirib: "Şayilər yayılıb ki, biz Mutunu göndərmək istəyirik. Bu, düzgün deyil. Biz baş məşqçimizin arxasında dayanmışıq, ona inanırıq və sonadək də inanacağıq".
Qeyd edək ki "Neftçi" Misli Premyer Liqasında 10 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.