"Mançester Siti"nin futbolçusu Leroy Sane Almaniya millisinin düşərgəsini tərk edib.
Offsideplus.az xəbər verir ki o, komandanın baş məşqçisi Yoahim Lövlə bununla bağlı danışıb və düşərgədən ayrılıb. Bildirilib ki, 22 yaşlı hücumçu şəxsi səbəblərə görə, bu qərarı verib. "Bild" yazıb ki, L.Sanenin yaxın günlərdə qızı dünyaya gələcək.
Beləliklə, Sane Peruya qarşı sentyabrın 9-u keçiriləcək yoxlama görüşündə iştirak etməyəcək.(qol.az)