"Qəbələ" klubu Misli Premyer Liqasının 10-cu turunda doğma meydanda "Araz-Naxçıvan"a 1:4 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
"Bilirdik ki, ağır oyun olacaq. Turnir cədvəlində son pillələrdə olsaq da, matça ümidli yanaşmışdıq. Komanda yaxşı nəticəyə köklənmişdi. İlk dəqiqələrdə çoxsaylı epizodlar yaratdıq. Yenə də dəyərləndirməkdə axsayırdıq. Oyunun qırılma nöqtəsi İlkin Qırtımovun qırmızı vərəqə alması idi. Komanda bundan sonra oyundan qopdu. Hücum etmək ağır idi".