Birinci Liqada mübarizə aparan “İrəvan” klubunda rəhbərliklə futbolçular arasında gərginlik davam edir.
Offsideplus.az xəbər verir ki, oyunçular bu gün “İmişli” ilə səfər oyununa yollanmayıblar.
5-ci tur çərçivəsində keçiriləcək qarşılaşma baş tutmayacaq. Rəhbərlik futbolçulara yarım aylıq maaşlarını ödəyəcəyəklərini desə də, onlar bununla razılaşmayıb.
Nəticədə onlar İmişliyə getməyiblər.
Qeyd edək ki, "İrəvan" 10 xalla I Liqanın turnir cədvəlində liderdir.
Nuh