Misli Premyer Liqasının 9-cu turunun son və mərkəzi qarşılaşması olan "Neftçi" - "Qarabağ" matçında xoşagəlməz hadisə baş verib.
Belə ki, "Neftçi" fanatları pankart açmaq istəyib və polis əməkdaşları buna icazə verməyincə, azarkeşlər görüşün keçirildiyi "Neftçi Arena"nı tərk ediblər.
"Ağ-qaralar"ın mətbuat katibi Emin Əfəndi məsələ ilə bağlı Offsideplus.az-a açıqlama verib. Klubun sözçüsü buna görə fanatlardan üzr istədiklərini bildirib:
"Hazırda “Neftçi” klubunda bütün sahələr üzrə idarəetmə sistemində islahatlar gedir və yenidən qurulur. Azərkeşlərlə əlaqə üzrə istiqamətdə diskommunikasiya yarandığı üçün “Neftçi” azarkeşklərindən üzr istəyirik və gələcəkdə bu kimi problemlərin yenidən yaranmamağı üçün səylə çalışırıq".
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda "Qarabağ" 1:0 hesabıyla öndədir.
Günay Xəlil