Misli Premyer Liqasının IX turunun "Sabah" - "Araz-Naxçıvan" oyunundan (1:1) sonra qonaqların baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi ilk olaraq görüşlə bağlı fikirlərini bildirib...
- Çətin oyun oldu. İlk hissə topsuz qaldıq. Fasilədən sonra daha çox hücuma çıxmağa, əks-hücumlarda oynamağa çalışdıü. Səfər oyunu idi və hesab qane etdi.
- Rəqibin qolundan sonra sanki geri çəkildiz və bir xala razı idiz...
- Qol vuran tərəf üstünlüyü ələ alır. Belə şeylər olur. Şükürlər olsun, bir xal qazandıq. Xallarımızı artırmalıyıq.
Nuh Tarverdiyev