“Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox vacib qələbə qazandıq. Birinci dövrədəki çıxışlarına görə oyunçularımı təbrik edirəm. Bizim üçün uğurlu başlanğıcdır. 9 oyuna 19 xal yaxşıdır”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 9-cu turunda “Turan Tovuz” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.
O, “Turan-Tovuz”la oyuna hazırlaşmağın çətin olduğunu bildirib: “Onlara qarşı uğurlu oyun planı cızmaq çətindir. Ayxan Abbasov savadlıdır. Çempionatımız gərgin və maraqlı keçir. Heç kim oyunun sonuna qədər təslim olmur. Bu gün də elə oyunlardan biri oldu. Rəqibin ikinci hissənin ortalarından sonra oyununda inkişaf göz qabağında idi. Əks-hücumlarımız var idi. Amma təəssüflər ki, alınmadı. Nəticə bizim üçün sərfəlidir. Çox vacib qələbədir. Bundan sonrakı dövrələrdə də uğurlu çıxışa davam etmək istəyirik”.