Futbol mütəxəssisi Yunis Hüseynov Offsideplus.az saytına açıqlama verib.

Veteran hücumçu "Qarabağ"ın avrokubok oyunu barədə danışıb. O, Ağdam təmsilçisinin "Hakken"ə qarşı layiqli qələbə qazandığını deyib:

"Qarabağ"ın qalib gələcəyinə inanırdım. Layiqli qələbə qazandlılar. Avropa Liqasının qrupuna çıxmısansa, bütün komandalara qarşı oynamaq çətindir. Qrupun favoriti "Bayer"dir. "Qarabağ" onlara qarşı mübarizə aparacaq gücdədir. “Fikrimcə, “Qarabağ” qrupu ikinci pillədə tamamlayacaq".

Təcrübəli mütəxəssis 9-cu turun mərkəzi qarşılaşması olan “Neftçi” - “Qarabağ” oyunu barədə danışıb:

"Qarabağ" iki cəbhədə mübarizə aparsa da, yerli çempionatda onlara rəqib görmürəm. "Neftçi" komandasına gəldikdə isə istəyərdim ki, Neftçi" çempion olsun. Amma "ağ-qaralar"ın oyununa baxanda nəticəyə gəlmək olur ki, yeni futbolçular "Qarabağ"a qalib gələcək səviyyədə deyil. Düşünürəm mövsümün sonunda "Qarabağ" çempion olacaq".

Nuh