"Sumqayıt" klubu Misli Premyer Liqasının 8-ci turunda səfərdə "Qarabağ"a 0:5 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın məşqçisi Seymur Rəhimov jurnalistlərin suallarını cavablandırıb:
- Oyun haqda çox danışılası deyil. Rəqibi təbrik edirəm. Gələcək oyunlarda uğurlar arzulayıram. "Qarabağ"ın gücü bəlli idi. Avropaya səs salmış klubdur. Bizimkilər əllərindən gələni etdilər, sağ oslunlar. Nə imkanları var idi, oynadılar. Oyun haqda başqa nə deyim.
- "Sumqayıt" getdikcə zəifləyir. İki səfər qələbəsindən sonra enişdəsiz...
- Elə deməzdim. Oyunların hamısını oynamalıyıq, məcburuq. "Qarabağ"a qarşı hansı heyətlə oynasan, yenə çətin olacaq. Uşaqlar əllərindən gələni edirlər. İstər oynayanlar, istərsə də, sonradan meydana çıxanlar.
- Qapıda Mehdidən başqa, Orxan Sadıqlıya nə vaxt şans verəcəksiz?
- Vaxt çatanda şans verəcəyik.
- Oyunda müsbət şeylər oldu komandanızda?
- Bu matçı yaddan çıxarıb, gələn oyuna hazırlaşacağıq. İkinci hissədə 1-2 hücumumuz oldu. Gələcək oyunlar üçün nikbin baxırıq.
- Bu enişin qarşısını necə alacaqsız?
- Səhvlərimizin üzərində işləyib, gələcək oyunlara hazırlaşacağıq.