Azərbaycan İkinci Liqasında dördüncü tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, turun son günündə 3 oyun keçirilib. "Cəbrayıl" - "Qusar"la görüşündə qapılara qol vurulmayıb. "Ağdaş" - "Lerik" oyununda da qol səsi eşidilməyib.

"Şəki Siti" isə səfərdə "Baku Sportinq"lə qarşılaşıb. Şəkililər bu matçda rəqibə 0:1 hesabıyla məğlub olub. 

Maraqlısı odur ki, qarşılaşmada vurulan yeganə qolda ofsayd var. Belə ki, Bakı təmsilçisinin 74-cü dəqiqədə hesabı açdığı epizodda qolu vuran futbolçu oyundankənar vəziyyətdədir.

Qonaqlar buna etiraz etsələr də, yan xətt hakiminin bayrağı qalxmayıb və qol qeydə alınıb.

Həmin epizoda aşağıda təqdim etdiyimiz videonun 2:38-ci saniyəsindən baxa bilərsiniz: