"Sumqayıt" Misli Premyer Liqasının 7-ci turu çərçivəsində ötən gün doğma divarlar arasında "Turan Tovuz"la qarşılaşıb.
"Kapital Bank Arena"da keçirilən görüşdə qapılara qol vurulmayıb.
"Kimyaçılar"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə qarşılaşmadan sonra Offsideplus.az-a açıqlama verib. 22 yaşlı futbolçu əlverişli qol imkanları yaratdıqlarını, lakin epizodları məntiqi sonluğa çatdıra bilmədiklərini söyləyib:
"Meydanda yaxşı mübarizə getdi. Hər iki komanda sonadək vuruşdu. Fərqlənmək üçün yaxşı imkanlarımız oldu, lakin təəssüf ki, bu epizodları qola çevirə bilmədik. Qarşıdakı oyuna hazırlaşacağıq".
Daşqın Əziz