"Bugünkü oyuna görə futbolçularımı təbrik etmək istəyirəm.
Düşünürəm ki, hakimin səhv qərarları belə nəticəyə səbəb oldu. Həmin epizoda baxdım, mənə görə, penalti yox idi. Matias o epizodda ayağını qaçıra bilməzdi. Son 7 oyunda 3-cü penaltidir, qapımıza təyin olunur. Ardıcıl ikinci matçda belə qərar verilir. Qapımıza yalnız penaltidən qollar vurulur. Bununla bağlı ölçü götürülməlidir".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
"Sosial mediada yazılanlar haqda nəsə deyə bilmərəm. Bura gəlib, bizi dəstəkəyən azarkeşlərə təşəkkür edirəm. Yeni komanda formalaşdırırıq. Hamı başa düşməlidir ki, yeni oyunçular var. Hərəsi bir ölkədən gəlib. Lukas Argentinadan bura gəlib. Fərqli ölkələrdir. Balans yaratmaq üçün vaxt lazımdır. Böyük layihədir, başa düşməliyik ki, istədiyimizi - güclü "Neftçi"ni qurmaq üçün vaxt və səbr lazımdır. Bu, futboldur. Uğura qısa yolla çatmaq olmaz. İnanmaq lazımdır. Bəzən əvvəldən nələri qurban vermək lazımdır ki, gələcəkdə yaxşı şeylər olsun. Ölkədə yeniyəm, amma düşünürəm ki, "Neftçi" daha çox sevilməlidir, xüsusilə də mətbuatda. Məğlub oluruq, deyirlər, pis oynayırıq. Qələbə qazanırıq, deyirlər, Mutu Qara Qarayevlə danışıb. "Sumqayıt"ı məğlub edəndən sonra mətbuatda yazı çıxır ki, Qara Qarayevlə dalaşmışam. Niyə axı? Bəzi komandalar var, məğlub olur, xal itirir, amma heç nə yazılmır" - deyə o bildirib.
Mütəxəssis hücumda olan problemin nə vaxt həll olunacağı ilə bağlı sualı belə cavablandırıb: "Bu məsələ məni də narahat edir. Hər matç penalti verilir. Gərək iki qol vuraq ki, öndə olaq. Bu məsələ məni də narahat edir.
İki aydır komandadayam. Heyəti tam tanımırdım. Sonra yeni oyunçular cəlb etməyə başladıq. Konfrans Liqası başladı və hazırlaşmağa məcbur idik. Çoxlu komanda var ki, bu perioddan keçir.