“Qəbələ”nin U-19 komandasının Gənclər Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniya “Puşkas Akademiya”sına qarşı keçirəcəyi ilk oyun üçün hakim təyinatları müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.
Əsas referi Sayat Karabayevə Timur Tursumbayev və Yevgeni Karlov yan xətt hakimi qismində yardımçı olacaqlar.
Oktyabrın 4-də Qəbələdə təşkil olunacaq qarşılaşma saat 16:00-da start götürəcək.