"Bizim üçün uğursuz matç alındı. Bir epizod buraxdıq, o da qola səbəb oldu. Nəticə də, belə alındı. Halbuki, oyunda diqtə edən tərəf biz idik. Hər iki yarıda qol şanslarımız yarandı. Düzgün dəyərləndirə bilmədik".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Adrian Mutu Misli Premyer Liqasının 6-cı turunun "Araz-Naxçıvan"la matçından sonra keçirilən mətbuat konfransında deyib.
- Bir çox eksperimentlər edirsiz. Optimal heyəti müəyyənləşdirmisiz?
- Penaltini çıxmaq şərtilə, müdafiə xətti yaxşı oynadı. Rəqibin heç bir şansı olmadı. Dəyişikliklər olur. Amma sırf bu gün keçirilən "Araz-Naxçıvan"la görüşdə, rəqibə təhlükəli epizod vermədik. Sadəcə penalti oldu.
- Qara Qarayev hansı planda sizi narazı saldı ki, əvəzlədiz?
- Özünüz də bilirsiz ki, Qara zədələndi. Məcburiyyətdən onu dəyişdik. Başqa bir şey yoxdur. Ümumiyyətlə, oyun baxımından kifayət qədər normal idik. Penalti epizodu bizim üçün ağır nəticələndi. Ona görə də, daha diqqətli olmalıyıq. Xüsusən də, əks-hücumlarda.