Misli Premyer Liqasının 6-cı turunun “Zirə” - Sumqayıt” matçında hakim qərarı narazılığa səbəb olub.
Offsideplus.az xəbər verir ki, 11-ci dəqiqədə baş hakim Kamranbəy Rəhimov meydan sahibi komandanın oyunçusu Pyer Zebliyə birbaşa qırmızı vərəqə göstərib.
Referinin bu qərarı “Zirə”li oyunçuların və baş məşqçi Rəşad Sadıqovun narazılığına səbəb olub.