Azərbaycanın "Qarabağ" futbol klubu fransalı futbolçusu Adama Diakabi ilə ayrılmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, “atlılar”ın futbolçu ilə müqaviləsi 2025-ci ilin yayına qədər olsa da, onun azad agent kimi heç bir kluba keçməsinə mane olmayacaq. Diakabinin menecerləri artıq onun üçün Azərbaycan və Səudiyyə Ərəbistanında yeni komanda axtarırlar.

Fransız futbolçunu icarəyə göndərmək variantı da var. Onunla bir neçə AZPL klubunun maraqlandığı bildirilir. Bununla belə, Diakabi özü karyerasını ərəb və ya Avropa ölkələrinin birində davam etdirmək istəyir.