Tailandın "Buriram Yunayted" komandasının baş məşqçisi Artur Papas Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə bağlı fikirlərini bildirib.
Tailand çempionatının dünən keçirilən 2-ci turunun matçında "Buriram Yunayted" "Lamphun Uorriror"a qalib gəlib - 3:0. R.Şeydayev matçda ilk qolu vurub. Bu, onun yeni klubunda ilk qolu olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında Artur Papas R.Şeydayev və digər yeni transfer Nikolao Kardozo barədə də danışıb.
"Onlar Tailanda iki ay əvvəl gəliblər. Hər iki oyunçu hələ uyğunlaşmalıdır. Ümumən bu görüşdə nəinki onlar, bütün komanda yaxşı oynadı" - klubun saytı baş məşqçidən sitat gətirib.