Baş məşqçi axtarışında olan "Neftçi" klubunun adı iki mütəxəssislə hallanır.
Offsideplus.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar" hazırda "Rapid 1923"ü çalışdıran Adrian Mutu ilə maraqlanır. 44 yaşlı mütəxəssisin rumın klubla 2025-ci ilədək müqaviləsi olduğundan "Neftçi" onun üçün təzminat ödəməli olacaq. Mutunu istəyən yeganə klub "Neftçi" deyil, çalışdırıcı Asiya klublarının da hədəfindədir.
Ondan əlavə, "flaqman"nın baş məşqçi siyahısında German Burqosun da var. Hazırda klubsuz olan argentinalı çalışdırıcının son klubu Yunanıstan "Aris"i olub. O, "Atletiko Madrid"də Dieqo Simeonenin köməkçisi vəzifəsini icra edib.
Xəbərdə "Neftçi"nin Sərgən Yalçınla danışıqlarının uğursuz nəticələnməsi də qeyd olunub.