Misli Premyer Liqasının 2022/23 mövsümünün bombardirləri Ramil Şeydayev və Musa Qurbanlı “Qarabağ”ın 43 qoluna imza atıb.
Offsideplus.az PFL-in saytına istinadən xəbər verir ki, onlar müvafiq olaraq 22 və 21 dəfə rəqib qapısına yol tapıb.
Bu, bir komandada çıxış edən hücum cütlükləri arasında Azərbaycan çempionatları tarixinin 7-ci göstəricisidir. Mütləq rekord “Neftçi”nin 1992-ci ildəki tandeminin hesabındadır. Həmin vaxt Samir Ələkbərov 36, Yunis Hüseynov 29 dəfə fərqlənib. Cütlük ümumilikdə 65 qol vurub.
1. “Neftçi”, 1992 – 65 qol (Samir Ələkbərov (36), Yunis Hüseynov (29))
2. “Neftçi”, 1996/97 – 59 qol (Qurban Qurbanov (34), Samir Ələkbərov (25))
3. “Xəzər” (Sumqayıt), 1992 – 57 qol (Nazim Əliyev (39), Azər İsayev (18))
4-5. “Kəpəz”, 1993/94 – 46 qol (Fazil Pərvərov (27), İmamyar Süleymanov (19))
“Kəpəz”, 1995/96 – 46 qol (Fazil Pərvərov (23), Rövşən Əhmədov (23))
6. “Turan”, 1993/94 – 44 qol (Musa Qurbanov (35), Qurban Qurbanov (9))
7. “Qarabağ”, 2022/23 – 43 qol (Ramil Şeydayev (22), Musa Qurbanlı (21))
8. “Kəpəz”, 1992 – 42 qol (Mehman Allahverdiyev (30), Ceyhun Tanrıverdiyev (12))