"Qəbələ" klubu yeni müqavilə bağlayıb.
Offsideplus.az xəbər verir ki, klub iordaniyalı yarımmüdafiəçisi Omar Hani ilə müqavilə müddətini uzadıb. 24 yaşlı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki müqaviləsi 2022-2023-cü illər mövsümünün sonunda başa çatan Omar daha bir il “qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2024-cü ilin iyununda başa çatacaq.
Xatırladaq ki, Hani "Qəbələ"nin heyətində keçirdiyi 65 matçda 4 qol vurub.