Bildiyiniz kimi, bu yaxınlarda keçirilən AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasında Azərbaycanda futbol üzrə İkinci Divizion yaradılması ilə bağlı qərar verilib.

 Artıq bu turnirdə iştirak edəcək 10 komanda bəllidir. Bu komandalardan biri də İmişli təmsilçisi "Kür-Araz"dır. 

Offsideplus.az-ın məlumatına görə, klubun prezidenti vaxtilə adı oyun alğı-satqısında hallanan Mirheydər Səfiyevdir. 

Belə ki, illər öncə -  "Mil-Muğan"ın məşqçisi olarkən oyun alverinə yol verən funksioner AFFA tərəfindən cəzalandırılmışdı.

Lakin Səfiyevin rəhbərlik etdiyi komanda federasiyanın qərarı ilə növbəti mövsümdə İkinci Divizionda çıxış edəcək.

Offsideplus.az