“Turan Tovuz” klubunda daha 4 futbolçu ilə yeni müqavilə imzalanıb.
Offsideplus.az xəbər verir ki, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla müqavilənin müddəti daha 1 il artırılıb.
Onlar 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaqlar.
Tovuz klubunda daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyevlə də yeni müqavilə imzalanmışdı.