"Sumqayıt" klubunun və ötən mövsümün ən gənc futbolçusu Nihad Əhmədzadə bu gün orta məktəbi bitirib.
Offsideplus.az xəbər verir ki, oyunçunun bu gün məzun günü baş tutub.
Qeyd edək ki, Nihad Misli Premyer Liqasının XVII turunda "Səbail"ə qarşı oyunda (2:0) meydana çıxıb. "Sumqayıt" Futbol Akademiyasının yetirməsi olan yarımmüdafiəçi 16 yaş 144 günlüyündə meydana çıxmaqla çempionatda debüt edib və cari mövsümdə Premyer Liqada meydana çıxan ən gənc oyunçu ünvanına sahib çıxıb.