Yeni mövsümdən "Turan Tovuz"da çıxış edəcək Aydın Bayramovun qərb təmsilçisində qazanacağı məvacibin məbləği məlum olub.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, tovuzlular 27 yaşlı "əlcək sahibi"nə aylıq 5 min manat maaş verəcək.
Bildirək ki, bu ayın sonu "Sumqayıt"la müqaviləsinin müddəti başa çatacaq Bayramov növbəti mövsümdən "Turan Tovuz"un uğurları üçün çalışacaq.
Maraq üçün qeyd edək ki, qolkiper "kimyaçılar"da ayına 2500 manat qazanırdı.
Daşqın Əziz