Bu gün "Bakcell Arena"da AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı baş tutub.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2023/2024-cü il mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi ilə bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.