"Qəbələ" klubu sabah Azərbaycan Kubokunun final matçında "Neftçi" ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, oyundan əvvəl təşkil olunan mətbuat konfransında "qırmızı qaralar"ın baş məşqçisi Elmar Baxşıyev sabahkı görüşlə bağlı danışıb.
"Oyunun əhəmiyyətini bilirik. Komanda şəklində çalışacağıq ki, yaxşı mübarizə aparıb, istəyimizə çataq. Şanslar bərabərdir. Finalda favorit olmur. Düşünürəm ki, komandam məqsədə çatmaq üçün hər şeyin ən yaxşısını edəcək".