Azərbaycan millisinin və "Səbail"in qapıçısı Emil Balayev iş yerini dəyişəcək.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı "əlcək sahibi" "Sumqayıt"a keçəcək.
Təcrübəli qolkiper "kimyaçılar"la danışıqlar aparır. O, yeni mövsümdən "Gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.
Bildirək ki, ötən ildən "dənizçilər"in formasını geyinən Balayevin klubla müqaviləsinin müddəti gələn ayın 30-da başa çatacaq.
Offsideplus.az