"Neftçi"nin müdafiəçisi Azər Salahlı komandanı tərk edə bilər.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı oyunçu ilə "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf arasında vəziyyət gərgindir. Tərəflər arasında münasibətlər korlanıb və rumıniyalı mütəxəssis Azəri komandada görmək istəmir. 

Qeyd edək ki, futbolçunun "Neftçi" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Azər Slaahlı 2022-ci ilin yanvar ayından Bakı klubunun formasını geyinir. 

 Offsideplus.az