"Qəbələ" klubunda ayrılıq yaşana bilər.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, əyalət təmsilçisi, iordaniyalı vingeri Omar Hani ilə yola davam etmək niyyətində deyil.
Cari mövsüm 31 matçda meydanda olan,1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan 23 yaşlı futbolçu "qırmızı-qaralar"ın növbəti mövsüm üçün planlarında yer almır.
Bildirək ki, Omar Hani 2 ildir "Qəbələ"də top qovur. Onun müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatır.
Offsideplus.az