"Qəbələ" klubu Misli Premyer Liqasının 34-cü turunda doğma meydanda "Turan Tovuz"a 1:2 hesabı məğlub olub.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev matçla bağlı fikirlərini bölüşüb:
"Bu ssenarini təxmin edirdik. "Turan Tovuz" qapanan və öz şansından maksimum istifadə edən komandadır. İki fərqli hissə izlədik. Əfsuslar olsun ki, son dəqiqə qolu ilə məğlub olduq. Hələ heç nə bitməyib. Hər oyun finala bərabərdir".