"Turan Tovuz" klubu Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov görüşlə bağlı fikirlərini bölüşüb:
"Bilirdik ki, maraqlı və gərgin oyun olacaq. Seriyamızı davam etdirmək istəyirdik. "Qəbələ"ni bu il məğlub edə bilməmişdik. Vacib 3 xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirik".