Misli Premyer Liqasının XXXIII turunda "Qəbələ" "Qarabağ"a 0:3 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı təəssüratlarını bölüşüb:
"Bilirdik ki, bizi ağır səfər oyunu gözləyir. "Qarabağ" çempionatımızın vahid lideridir. Komandanı layiqli müqavimət göstərməyə hazırlayırdıq. Çalışırdıq ki, bu matçda yaxşı nəticə əldə edək. Düşünürəm ki, "Qarabağ" bu gün çempionatda ən yaxşı oyunlarından birini oynadı və layiqli qələbə qazandı".