21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası iyun ayında iki yoldaşlıq oyunu keçirəcək.
Offsideplus.az AFFA-nın saytına istinadən xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Türkiyə və Qırğızıstan yığmaları ilə üz-üzə gələcək.
Millimiz əvvəlcə iyunun 17-də İstanbulda Türkiyə, 20-də isə Bakıda Qırğızıstan yığması ilə görüşlər üçün meydana çıxacaq.