AFFA Region Liqasında keçirilən və hazırda davam edən "Şəki Siti" - "Xəzər Lənkəran 42" matçına böyük tamaşaçı marağı var.

 Offsideplus.az xəbər verir ki, oyunun keçirildiyi Şəki şəhər stadionunda tribunalarda demək olar ki, boş yer yoxdur. 

Şəki təmsilçisinin fanatları ilə yanaşı Lənkərandan gələn azarkeşlər də stadionda böyük ajiotaj yaradıb. Bundan əlavə, tribunalarda yer tapmayan fanatlar görüşü stadionun kənarından izləyirlər. Əldə etdiyimiz məlumata görə, arenada təxminən 2000-ə yaxın tamaşaçı var.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda hesab 3:1-dir.