Misli Premyer Liqasının 31-ci turunda "Sabah"la qarşılaşan "Turan Tovuz" ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, komandanın qapıçısı Tərlan Əhmədli görüşün (0:2) 48-ci dəqiqəsində zədələnib.
Oyunu davam etdirə bilməyən qolkiperi Mehman Hacıyev əvəzləyib. Bu, Hacıyevin "Turan Tovuz"da bu mövsüm ilk rəsmi oyunu olub.