Misli Premyer Liqasında 31-ci tura start verilib.
Turun son oyunu turnir cədvəlinin səkkizincisi "Sumqayıt"la dördüncüsü "Qəbələ" arasında keçiriləcək.
"Kimyaçılar"ın kapitanı Vurğun Hüseynov matçdan gözləntilərini Offsideplus-az-la bölüşüb. 34 yaşlı müdafiəçi rəqibin kimliyindən asılı olmayaraq, doğma meydanda xal və ya xallar qazanmaq istədiklərini bildirib:
"Qəbələ"yə qarşı oyunlarımız hər zaman gərgin və maraqlı keçib. Lakin rəqibin kimliyindən asılı olmayaraq, doğma publika önündə xal və ya xallar qazanmaq istəyirik. Azarkeşlərimizin də dəstəyi sayəsində layiqli oyun göstərərək qələbə qazanmaq istəyirik. Bunun üçün meydanda bütün gücümüzü qoyacağıq. Qazanacağımız hər xal bizim üçün çox vacibdir".
Qeyd edək ki, aprelin 23-də keçiriləcək qarşılaşmanın start fiti saat 18:00-da veriləcək.
Daşqın Əziz