Sabah Misli Premyer Liqasında 31-ci tura start veriləcək.
Turun açılış matçında turnir cədvəlində 7-ci pillənin "sakin"i "Kəpəz" "Şamaxı" səfərinə yollanacaq.
Ötən turda baş tutan qərb derbisində "Turan Tovuz"u məğlub edən (1:0) gəncəlilər bu matça yüksək motivasiya ilə hazırlaşıb.
"Kəpəz"in kapitanı Yusif Nəbiyev Offsideplus.az-a açıqlamasında "şirlər"lə görüşündə qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib:
"Şamaxı" ilə oyuna maksimum ciddi şəkildə hazırlaşmışıq. Qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. "Turan Tovuz"la oyun geridə qalıb və önümüzə baxmalıyıq. Komandada ab-hava yaxşıdır, motivasiyamız yüksəkdir".
Qeyd edək ki, Elçin Məsiyevin söz sahibi olacağı matç sabah saat 16:00-da start götürəcək.
Daşqın Əziz