Azərbaycan Kubokunun yarımfinalında "Neftçi" "Turan Tovuz"a minimal hesablı məğlub olub.
Offsideplus.az PFL-nin rəsmi saytına istinadən xəbər verir ki, 1:0 hesabı ilə yekunlaşan matçın fasiləsi zamanı “Neftçi”nin prezidenti Kamran Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı ifadələr işlədib. Bu hərəkətinə görə klubun prezidenti Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. "Ağ-qaralar" isə 4000 manat cərimə ödəməli olacaq. Bundan əlavə, 6 ay sınaq müddəti təyin olunub.
Həmin oyunda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə isə klub 800 manat cərimələnib.