“Kəpəz” klubunun ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun ot örtüyündə yaranmış problemlə bağlı Gənclər və İdman Nazirliyi açıqlama yayıb.
Offsideplus.az xəbər verir ki, nazirlik stadionun onlara məxsus olduğunu, lakin “Kəpəz”in istifadəsinə verildiyi üçün ot örtüyünə həmin klubun baxmalı olduğunu bildirib:
“Gəncə şəhər stadionu, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olsa da “Kəpəz” futbol klubunun istifadəsinə verilib. Buna görə də stadiona xidmət məsələləri, o cümlədən də öt örtüyünün saxlanması və qulluq məsələləri klubun öhdəliyindədir”.
Hazırda Gəncə stadionunun qazonu bərpad vəziyyətdədir. Eləcə də stadionunun özünün təmirə ehtiyacı var.