Martın 26-da baş tutan "Qarabağ" - "Qalatasaray" xeyriyyə matçından sonra Amin Ramazanov və Mauro İkardinin bir-birləri ilə danışması diqqət çəkib.

Offsideplus.az futbolinfo.az-a istinadənxəbər verir ki, 20 yaşlı qapıçı argentinalı ulduzla nə danışdıqları barədə açıqlama verib:

 “İkardi ilə penalti barədə danışdıq. Nə danışdığımı ətraflı deyə bilməyəcəm, çünki qapıçılara aid məsələ idi”.

Qeyd edək ki, matç "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Mauro İkardi 87-ci dəqiqədə penaltidən fərqlənib.