"Sabah" klubu Misli Premyer Liqasının 27-ci turunda səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev oyunla bağlı danışıb.
- "Zirə" ilə oyunlarımız əsl derbi kimi keçir. Heç bir komanda uduzmaq istəmir. İlk yarıda hər metr uğrunda mübarizə gedirdi. İkinci hissə bizim üçün daha yaxşı oldu. Tez qol vurduq və oyun açıldı. Sonlarda daha inamlı oynadıq. Matçın böyük hissəsi 50/50-yə gedirdi. Bu cür çətin oyunda qalib gəldiyimizə görə şadam.
- İlk hissədə hakimə çox etirazınız var idi. Sonradan sakitlik yaşandı. Bir də Amin Seydiyevin mümkün qırmızı vərəqə epizoduna toxunmağınızı istəyərdim...
- İlk epizodda sarı vərəqə verildi. Aminin birinci sarı vərəqəsi doğru idi. İkincidə isə heç nə yox idi. Amma "Zirə"nin futbolçusu səs-küy saldı. Çünki bilirdi ki, Aminin sarı vərəqəsi var. Rəqibə iki sarı vərəqə göstərilmədi. Emosionallıq bizdə də, "Zirə"də də var idi.
- Zurab Oçiqava qayıtdıqdan sonra ona şans verirsiz. Abdulaye Ba və Bəxtiyar Həsənalızadə ehtiyatda oturacaq?
- Bu, o demək deyil. İrazaballa Zurab yaxşı cütlükdür. Son oyunlarda qalib gəlmişik. Bu iki müdafiəçi birlikdə çıxış edib. Bəxtiyarın "Şamaxı" ilə matçda əli sınmışdı. İndi əli gipsdədir. Banın da zədəsi var idi. Son 2-3 gündür ki, məşq edir kollektivlə.