Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz" "Səbail" ilə üz-üzə gələcək. 

Tovuz təmsilçisinin müdafiəçisi Şəhriyar Əliyev ötən tur "Qəbələ"yə qarşı heç-heçə etdikləri matç (1:1) və "Səbail"ə qarşı səfər oyunu barədə Offsideplus.az-a fikirlərini bölüşüb:

"Qəbələ"yə qarşı yaxşı oynamağa çalışdıq. Bilirdik ki, rəqib hücumda çox yaxşı oynayır. Çalışdıq ki, düzgün çıxış edib, qələbə qazanaq. Məncə, 1 xal da pis nəticə deyil. Bizi daha ağır oyun gözləyir. Çünki "Səbail" də son pillədən qurtulmaq istəyir. Yaxşı komandaya qarşı oynayacağıq. Şükürlər olsun ki, komandada ab-hava yaxşıdır. Xal və ya xallar qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Səbail" - "Turan Tovuz" qarşılaşması martın 16-sı saat 16:00-da baş tutacaq.

 

Günay Xəlil