"Qarabağ"da "yarpaq tökümü" davam edir.
Bir neçə müddətdir ki, haqqında Ağdam təmsilçisindən ayrılacağı ilə bağlı xəbərlər dolaşan Ramil Şeydayev fikrini qətiləşdirib.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı mərkəz hücumçusu müqaviləsinin müddətinin bitməsini gözləyir.
Onun yayda "Neftçi"yə keçmə ehtimalı olduqca yüksəkdir. Rusiya klublarından da təklif alan sabiq "Zenit"li, Azərbaycandan getmək istəmir.
Qeyd edək ki, Şeydayevin "Qarabağ"la müqaviləsinin müddəti bu ilin 30 iyununda bitir.
Offsideplus.az