“Qarabağ”ın qış transfer dönəmində heyətinə qatdığı Redon Cica Ağdam təmsilçisinə pula görə keçmədiyini açıqlayıb.
Offsideplus.az "Sport Magazine"nə istinadən xəbər verir ki, 24 yaşlı hücumameyilli yarımmüdafiəçi maaşı barədə verilən sualı cavablandırmaq istəməyib:
“Bilirəm ki, biz albanlar maraqlı insanlarıq. Amma bizim bir ifadəmiz var ki, maaşı da, sevgilini də göstərmirik. “Qarabağ”a pula görə yox, daha güclü komandada oynamaq üçün gəlmişəm".
O, komandada debütündan danışıb: "Baş məşqçi ilk gündə mənə dedi ki, sənə inanırıq. Məni izlədiklərini, bacarıqlarımı bəyəndiklərini bildirdi. “Şamaxı” ilə matçda iştirak etdiyim üçün də təbrik etdi. "Qarabağ”da debüt etmək çox xoş idi. Kollektivə yaxşı uyğunlaşıram, “Şamaxı” ilə matçda komanda yoldaşlarımla bir-birimizi başa düşürdük. Futbolçulara yaxınlaşmağın çətin olacağını düşünürdüm, amma hamı məni çox yaxşı qarşıladı”.
Qeyd edək ki, Redon Cica “Qarabağ”la 3,5 illik müqavilə imzalayıb. O, Misli Premyer Liqasının XX turunda “Şamaxı” (3:1) ilə görüşün 64-cü dəqiqəsində meydana daxil olaraq debüt edib.