"Kəpəz"dən ayrıldıqdan bəri klubsuz olan Cavid İmamverdiyevin yeni ünvanı bəlli olub.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı hücumameyilli yarımmüdafiəçi AFFA Region Liqasında mübarizə aparan "Şəki Siti" klubu ilə razılaşıb.
6 aydır ki, futbol oynamayan İmamverdiyev şimal-qərb təmsilçisinin təklifinə "yox" deməyib.
"Şəki Siti" yaxın günlərdə təcrübəli futbolçunun keçidini açıqlayacaq.
Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü "Neftçi", "Sumqayıt", "Sabah", "Keşlə"( indiki "Şamaxı" - red.) və son olaraq "Kəpəz" kimi klubların uğurları üçün çalışıb. İmamverdiyev legioner həyatı da yaşayıb. Belə ki, o, 2015-ci ildə Türkiyənin "Elazığspor" klubunda çıxış edib.
Daşqın Əziz