Fransanın "Dijon" klubunun futbolçusu Yassine Benzia karyerasını Azərbaycanda davam edə bilər.
Offsideplus.az xəbər verir ki, ötən mövsüm icarə əsasında "Hatayspor"un formasını geyinən futbolçu "Qarabağ"a transfer olmağa yaxındır. Bu barədə "Lequipe" nəşri məlumat yayıb.
Cari mövsümün sonu klubla müqaviləsi başa çatacaq oyunçunun qış transfer pəncərəsi müddətində komandadan ayrılacağı gözlənilir. Ağdam təmsilçisinin 28 yaşlı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq üçün təkliflər irəli sürdüyü bildirilir. Əlcəzayir millisinin üzvünə 2,5 illik müqavilə təklif olunub.
Qeyd edək ki, Yassin Benzia 2011-2015-ci illərdə Fransanın Lion klubunun 2-ci heyətində, 2015-2016-cı illərdə isə "Lill" klubunun (2015-2020) ikinci heyətində çıxış edib. 2018-2019 mövsümünü icarə əsasında "Fənərbağça"da, 2019-2020 sezonunu isə "Olimpiakos"da keçirib. Futbolçu 2020-ci ildə Fransa II Liqa təmsilçisi "Dijon"a transfer olunub və "Hatayspor"a icarəyə göndərilib (2022).